ABŞ-nin Florida ştatında "Milton" qasırğasından sonra daşqınlar nəticəsində küçələrdə alliqatorlar üzməyə başlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "25 WPBF News" məlumat yayıb.
Florida ştatının Fort Mayers şəhərinin sakini qasırğanın yaratdığı daşqın və fırtınanın qızğın vaxtında çəkilmiş qeyri-adi videonu paylaşıb. Evin yaxınlığında maşında oturan sakinlər dayanmış yolsuzluq avtomobilinin qapısını açan zaman qəfildən ayaqlarının altından sudan çıxan timsah burnunu görüblər. Yırtıcı qapını dişləməyə çalışıb, sonra isə təkərdən yapışıb.