Türkiyə Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarının oktyabrın 9-da dəniz yolu ilə təxliyə ediləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, məlumatda gəmilərin təxminən 2 min sərnişin tutumu olduğu bildirilib.
Qeyd olunub ki, təxliyə prosesi günlərlə davam edə bilər.
“Təxliyə üçün göndərilən gəmilərimiz həm də humanitar yardımlarımızı Livana çatdıracaq”, - məlumatda vurğulanıb.