İsrailin İran, onun dəstəklədiyi HƏMAS və Hizbullah kimi proksi qüvvələrə qarşı özünü müdafiə edə bilməsini təmin edəcəyəm.
Axar.az xəbər verir ki, bu szləri ABŞ vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris deyib.
O, Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netaniyahu ilə görüşündə HƏMAS-ı rəhmisiz təşkilat adlandırıb və müharibənin səbəbkarı olduğunu bildirib.