Arktika geosiyasi və iqlim dəyişikliyi kontekstində ABŞ üçün strateji qarşıdurma bölgəsinə çevrilir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin dərc etdiyi yenilənmiş Arktika strategiyasında deyilir.
Sənəddə bildirilir ki, böyük geosiyasi dəyişikliklər Arktikaya yeni strateji yanaşmanın işlənib hazırlanması zərurətini yaradır. Bu cür dəyişikliklərə Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması, Çin və Rusiya arasında əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyinin sürətləndirilməsi daxildir.
“Getdikcə daha əlçatan olan bu region strateji qarşıdurma meydanına çevrilir və Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə çağırışlara cavab verməyə hazır olmalıdır”, - deyə qeyd edilir.