Bu il Ukrayna nəhayət F-16 qırıcıları alacaq. Təyyarələr Ukraynaya itirilmiş əraziləri geri qaytarmağa imkan verə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Buzness İnsayder” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri müharibənin qızğın zamanında döyüş metodlarını kökündən dəyişdirməlidir:
“David Deptula və Kristofer Boui Mitçell verdiyi hesabatda Ukrayna Silahlı Qüvvələrinin yüksək rəhbərliyinin Sovet-Rusiya taktikalarından, texnikalarından və prosedurlarından qurtulmalı olduğunu qeyd etdilər.
Ukraynanın problemi ondadır ki, yüksək rütbəli zabitlərin çoxu karyeralarına Sovet ordusunda başlamış, Sovet hərbi akademiyalarında təhsil almış və Sovet ordusu şəklində ölkənin Silahlı Qüvvələrini yaratmışlar. Gənc zabitlərin artımı ilə vəziyyət dəyişir, lakin kökündən fərqli bir hərbi zehniyyət qəbul etmək olduqca çətindir”.