Bir sıra AB ölkələri Türkiyədən PUA sifariş edib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qərb ölkələri indi bir-birinin ardınca PUA sifariş verir. Bunların hansı ölkələr olduğunu sizə deməyəcəyəm, amma indi Avropa Birliyi ölkələrinin bizə qarşı belə tələblər irəli sürməsi zamanın necə dəyişdiyini göstərir. Bu da bizi sevindirir”, - Ərdoğan bildirib.