Son 5 gündə Türkiyənin 75 vilayətində silah qaçaqmalçılığına qarşı “Mercek-21” əməliyyatı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkədə hesabında bildirib.
O qeyd edib ki, 1819 nəfərin şübhəli şəxs qismində saxlanıldığı əməliyyatlar zamanı müxtəlif markalı silah və sursatlar müsadirə edilib.