Avropa Birliyi İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təxribatçı fəaliyyətlərinə görə bu qurumu terrorçu təşkilatlar siyahısına daxil etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Avropa Birliyi bunu həyata keçirməkdə qərarlıdır”,- məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Niderland XİN də Almaniyanın SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı olan layihəni dəstəklədiyini bildirib.