Mən cənab Baydenlə danışdım, biz bu məsələni həm dünən, həm də bu gün birbaşa müzakirə etdik.
O bildirdi ki, proses deyildiyi kimi davam edərsə, 3-4 həftə ərzində məsələni həll edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinə F-16-ların tədarükü ilə bağlı danışarkən deyib.
“F-16 üçün komponentlər məsələsinə gəlincə, biz bunu da şəxsən müzakirə etdik", - Ərdoğan NATO sammitindən sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.