Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti Pratapqarh şəhərindən olublar. Şərqi Çandauli şəhərindən olan daha bir neçə zərərçəkmiş xəstəxanada müalicə olunur.
Qeyd edək ki, ştatda güclü yağış yağıb, tufan qopub. Hindistan Meteorologiya Xidmətinin məlumatına görə, növbəti beş gün ərzində Uttar-Pradeş və ona bitişik bölgələrdə daha geniş leysan yağışları gözlənilir.