İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei höccətülislam Şeyx Əhməd Mütahari Əsli Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi təyin edib.
Axar.az xəbər verir ki, Əli Xamenei iyulun 10-da bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, ondan əvvəl bu vəzifəni Seyid Məhəmməd Əl Al-Haşimi tutub. O, bu il mayın 19-da İranın sabiq Prezidenti İbrahim Rəisi və başqa dövlət məmurları ilə birlikdə helikopter qəzasında həlak olub.