İranın keçmiş xarici işlər nazirinin müavini Abbas Arakçi böyük ehtimalla yeni Prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçilmiş prezidentə yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentlik mənbələrinin məlumatına görə, Arakçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə, İslami Müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.