Türkiyədə səfərdə olan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İstanbul bazarında iş adamının Pezeşkian barədə ona ünvanladığı suala qısa şəkildə münasibət bildirib.
Axar.az xəbər verir ki, bu barədə Əhmədinejada yaxın media məlumat yayıb.
O, türkiyəli iş adamının “Məsud Pezeşkian barədə nə düşünürsünüz?” sualına “Dua edirəm” cavabını verib.
Keçmiş prezidentin bu cavabı Pezeşkianı ağır günlərin gözlədiyi, Əli Xameneinin göstərişlərini yerinə yetirmək üçün təzyiqlərə məruz qalacağına eyham kimi qiymətləndirilib.
Qeyd edək ki, Mahmud Əhmədinejad İstanbul Texnologiya Universitetinin dəvəti ilə Türkiyəyə səfər edib.