Sabah BMT Təhlükəsizlik Şurası Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına raket hücumunu müzakirə etmək üçün toplaşacaq.
Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.
“Maksimum absurd... Çünki məhz bu Təhlükəsizlik Şurasına indi Rusiya rəhbərlik edir. Bizim dünyamızda qatillər millətlərin təhlükəsizliyinə cavabdehdirlər”, - nəşr bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Rusiya silahlı qüvvələrinin Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi raket hücumları nəticəsində 28 nəfər ölüb, 112 nəfər yaralanıb.