Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunub.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, evin satışından əldə ediləcək gəlirin böyük hissəsinin Ermənistana qaytarılması üçün ABŞ-ın səlahiyyətli orqanları ilə danışıqlar aparılır.
Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.