Fransa çətin ki, Prezident Emmanuel Makronun seçkilər ərəfəsində danışdığı vətəndaş müharibəsi ilə üzləşsin.
Lakin Milli Birlikdə mütləq çoxluq əldə olunmasa, o, istefaya getməsi üçün bütün siyasi qüvvələr tərəfindən artan təzyiqlərlə üzləşəcək.
Axar.az xəbər verir ki, bunu TASS müxbiri ilə söhbətində “Institut Brennus” assosiasiyasının yaradıcısı, tarixçi Eduard Husson deyib.
"Makronizmin xarakterik xüsusiyyətlərindən biri həm şifahi, həm də fiziki zorakılıqdır ki, bu zorakılığı Beşinci Respublika üçün qeyri-adi nisbətlərdə tətbiq edir",- o bildirib.
Ekspert 2018-2019-cu illərdə “Sarı jiletlilərin” etirazlarının sərt şəkildə yatırıldığını, nəticədə onlarla insanın həlak olduğunu, yüzlərlə insanın şikəst qaldığını xatırladıb.
Onun sözlərinə görə, o zaman dövlət başçısı üsyandan çox qorxurdu, lakin ondan yayınmağı bacardı, bundan sonra gərgin vəziyyətin və xaosun onun üçün faydalı olduğuna inanmağa başladı:
"O, şübhəsiz ki, oxşar ssenari ilə oynayır. Biz nümayişləri, iğtişaşları, insidentləri, yaralananlar və hətta ölümlərlə nəticələnən polis təzyiqlərini yaxşı təsəvvür edə bilərik. Milli Birlik Partiyasından və ya onun müttəfiqlərindən daxili işlər naziri təyin olunarsa, o, dayanmayacaq və yeni hökumət kompromisə düşəcək.
Mən skeptik olaraq qalıram: Makronu hakimiyyətə gətirən hakim sinif indi dəstəyini geri götürür. Nüfuzlu biznes liderləri, yüksək rütbəli dövlət qulluqçuları, polis məmurları və ordu Makron xaosunun davamındansa, Meloni tipli ssenariyə (“ultrasağçılar”la kompromis – red.) üstünlük verə bilər".