İspaniyada yerli sakinlər ölkəyə turist axınına narazılıqlarını ifadə edirlər.
Axar.az xəbər verir ki, Barselonada minlərlə insan kütləvi turizmə və onun İspaniyanın ən çox ziyarət edilən şəhərinə təsirinə qarşı nümayiş keçirib.
Polisin məlumatına görə, 2800-ə yaxın nümayişçi “Bəsdir! Gəlin turizmə məhdudiyyətlər qoyaq” şüarı altında Kataloniya regionunun paytaxtında yürüş təşkil edib.
Aksiya iştirakçıları şəhərdə artıq yaşamağa heç bir lüzum görmədiklərini bildiriblər.
Qeyd edək ki, ötən il Barselonanı 12 milyondan çox turist ziyarət edib. Son on ildə icarə haqqı 68 faiz artıb. İki həftə əvvəl şəhər administrasiyası 2028-ci ildən turistlərə kirayə üçün mənzillərin verilməyəcəyini açıqlayıb.
Rəsmi statistikaya görə, ötən il İspaniyanı 85 milyon xarici turist ziyarət edib.