Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Ukraynaya qısamüddətli atəşkəs təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Orban “Die Veltvoche” nəşrinə müsahibəsində bildirib.
O, təklifini ilk olaraq Ukrayna Prezidenti Vladimir Zelenskiyə çatdırıb. Lakin o, təklifi qəti şəkildə rədd edib.
Orban daha sonra öz ideyasını Vladimir Putinə təqdim edib. Rusiya lideri bu məsələdə nikbin olmadığını vurğulayıb.
Hər iki tərəf hesab edir ki, düşmən məcburi fasilədən istifadə edib qüvvələri yenidən qruplaşdıra bilər.