Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri İran prezidentliyinə namizəd, seçkilərdə Pezeşkiana məğlub olan Səid Cəlili deyib.
“Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq”, - Cəlili qeyd edib.
Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin prezidenti seçilib