İranın məhkəmə sisteminin keçmiş başçısı Sadiq Laricani və keçmiş parlament sədri Əli Laricaninin qardaşı, İran Səhiyyə Nazirliyində yüksək vəzifə tutmuş Bağır Ərdəşir Laricani Kanadadan deportasiya edilir.
Axar.az xəbər verir ki, bu barədə Kanada İmmiqrasiya və Qaçqınlar İdarəsi məlumat yayıb.
Bildirlib ki, 2017-ci ilin sentyabr ayından həyat yoldaşı və oğlu ilə birgə Kanadadan daimi oturum alan Laricani vaxtının əsas hissəsini İranda keçirib.