Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.
“Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib. Şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır”, - deyə Berdiyev bildirib.
Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib və müvəqqətidir.
Qeyd edək ki, bundan öncə Dağıstanda niqabın qadağa edildiyi barədə məlumat yayılmışdı.