Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ikinci sülh konfransına dəvət edilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Blumberq”ə müsahibəsində deyib.
O bildirib ki, əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir.
Qeyd edək ki, Ukrayna ilə bağlı birinci sülh konfransı 15-16 iyunda İsveçrədə keçirilib və Rusiya tədbirə dəvət edilməyib.