Venesuela iyulun 3-də ABŞ ilə dialoq prosesini yenidən başladacaq.
Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O bildirib ki, ABŞ hökuməti 2 aydır dialoq prosesinin başladılmasını təklif edir:
“Aldığım təklifləri 2 ay düşündükdən sonra qəbul etdim. Yeni müzakirə prosesində ABŞ-ın Qətərdə imzalanan razılaşmalara uyğunlaşması və dialoq şərtlərini manipulyasiyasız yerinə yetirməsi lazımdır. Bu proses spekulyasiyalara yol verilmədən, açıq şəkildə aparılmalıdır. Mən Venesuelanın mütləq suverenliyinə və müstəqilliyinə hörmət edilməsini istəyirəm”.
Qeyd edək ki, illərdir ABŞ Venesuelaya müxtəlif səbəbləri əsas gətirərək iqtisadi embarqolar tətbiq edir.