2012-2017-ci illərdə Fransaya rəhbərlik etmiş respublikanın keçmiş prezidenti Fransua Olland növbədənkənar parlament seçkilərinin birinci turunda parlamentə seçilə bilməyib.
Axar.az xəbər verir ki, bu barədə o, namizəd olduğu Tulle kommunasında (ölkənin mərkəzi hissəsindəki Korrez departamenti) mətbuat konfransında deyib.
Onun sözlərinə görə, o, rayon üzrə 37,63 faiz səs toplayıb, seçki üçün isə 50 faiz səs tələb olunur. Olland ikinci raundda mübarizəni davam etdirmək niyyətindədir.
O, başqa partiyalarda müttəfiq axtarışının mümkünlüyünü də istisna etməyib.
Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda keçirilib. 7 iyulda ikinci tur olacaq.