Almaniyanın silah ixracı ötən illə müqayisədə xeyli artıb.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
“2024-cü ilin birinci yarısında ötən illə müqayisədə artımın əsas səbəbi Ukraynaya silah tədarükünün genişlənməsidir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, yanvarın 1-dən iyunun 18-dək Almaniya hökuməti ən azı 7,48 milyard avro dəyərində hərbi malların xaricə tədarükünü təsdiqləyib. 2023-cü ilin birinci yarısı ilə müqayisədə bu rəqəm 30% çoxdur. İxracın demək olar ki, üçdə ikisi Ukrayna üçün nəzərdə tutulub.