Türkiyənin Diyarbəkir vilayətinin Əli Paşa Suri rayonunda yerləşən Surb Sərkis erməni kilsəsi bərpa olunacaq.
Axar.az xəbər verir ki, erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, İstanbuldakı erməni patriarxlığı iyunun 28-dən kilsənin təmirinə başlayıb.
Türkliyə Mədəniyyət Nazirliyi təmir üçün 5 milyon lirə ayırsa da, daha 2 milyon dolların lazım olduğu bildirilib.
Qeyd edək ki, kilsə Osmanlı imperiyası dövründə məktəb kimi də istifadə olunub.