Milli.Az lent.az-a istinadən xəbər verir ki, Oklahoma ştatının Təhsil Şurasının sədri Rayan Uolters ştatın dövlət məktəblərinə təlimatlar göndərib.
Uolters əyalətdəki hər sinifdə İncil olması lazım olduğunu və bütün müəllimlərin sinifdə İncildən dərs keçməli olduğunu bildirərək, müqəddəs kitabın istifadə edilən ən əsas sənədlərdən biri olduğunu qeyd edib.
Luiziana qubernatoru Ceff Landri isə 19 iyunda qəbul edilən qanuna əsasən, ştatın dövlət məktəblərinin sinif otaqlarında "On Əmr" yazılmış plakatların asılmasını tələb edən qanunu imzalayıb və həyata keçirib.
"On əmr", Musa Peyğəmbərə Sina dağında ikən verilən ilk ilahi əmrlər kimi tanınır və Əhdi-Ətiq çərçivəsində İncilin bir hissəsi hesab olunurlar.