Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Sürüşmə Sinxuan-Dun Muxtar Dairəsinin Dousi kəndində qeydə alınıb. Nəticədə dörd yaşayış binası uçub, 8 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatı zamanı itkin düşənlərin hamısını tapmaq mümkün olub, onlardan heç biri sağ deyil.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində, o cümlədən Hunan əyalətində leysan yağışları müşahidə olunur. Yağışların yaratdığı fəsadlar səbəbindən təxminən 55 nəfər ölüb, bir neçə sakin itkin düşüb.