Milli.Az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həftəlik hesabat dərc edib. Belə ki, 10-16 iyun tarixləri arasında "COVİD-19" epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
Bununla yanaşı həmin tarix ərzində 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin sayı 166 idi.