Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar X səhifəsində məlumat yayıb.
“Hindistan Xarici Xidməti üçün böyük itki. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm”, – Hindistanın xarici işlər naziri bildirib.
Bəzi məlumatlara görə, xərçəng xəstəliyindən müalicə olunan Paul öz ölkəsində dünyasını dəyişib.