Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HƏMAS-a və digər qruplaşmalara mükafatıdır.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edərkən bildirib.
O qeyd edib ki, sözügedən addım İsrail-Ermənistan münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, Ermənistan XİN bu gün Fələstini dövlət kimi tanıdığını elan edib.