Endokrinoloq Maria Elesina bildirib ki, insan sağlamlığı əsasən qalxanabənzər vəzinin düzgün işləməsindən asılıdır.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, həkim bu orqanın işini dəstəkləmək üçün bəzi qidalardan imtina etməyə çağırıb.
Həkim şəkər tərkibli şirniyyatları, qazlı içkiləri və yarımfabrikatları (konservlər, souslar, cemlər, kolbasalar) menyudan çıxarmağı tövsiyə edib. Bu qidaların qəbulu qanda insulin səviyyəsinin dəyişməsinə səbəb olur ki, bu da qalxanabənzər vəzinin funksiyasına mənfi təsir göstərir.
Endokrinoloq soya südü, tofu və soya sousu da daxil olmaqla, soya məhsullarından imtina etməyi də məsləhət görüb. O, soyanın tiroid hormonlarının sintezini yavaşladan estrogen istehsalını stimullaşdırdığını deyib. Soyanın tərkibində olan izoflavonlar da dərmanlardan hormonların udulmasını azaldır.
Mütəxəssis artıq qalxanabənzər vəzi ilə bağlı problemləri olan insanları kələm, gül kələm və turp kimi tərəvəzlərdən uzaq durmağa səsləyib.