Hindistanın cənubundakı Tamil Nadu ştatında onlarla insan saxta spirtli içkidən dünyasını dəyişib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə Ştat rəsmisi MS Prasant məlumat verib.
O, hadisənin Kallakuriçidə baş verdiyini açıqlayıb.
Prasant qeyd edib ki, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib. Həmçinin, o, ölənlərin sayının arta biləcəyinin istisna edilmədiyini bildirib.