Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi üçün göndərilən təkliflərə Bakıdan hələ ki, cavab almayıb.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə Litva xarici işlər naziri Qabrielyus Landsbergislə görüşü zamanı deyib.
“İrəvan Azərbaycan tərəfinə konstruktiv təkliflər göndərib və bir ay ərzində saziş bağlamağa hazırdır, lakin təəssüf ki, hələ də cavab almayıb”, - Mirzoyan bildirib.