İyunun 19-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandonla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində cari proses və perspektiv əməkdaşlıq proqramları ilə bağlı məsələlər müzakirə olunub.
Papikyan Ermənistan silahlı qüvvələrinin islahatlarının gedişi və bu istiqamətdə Fransa ilə əməkdaşlığı təqdim edib.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.
Qeyd edək ki, Papikyan Fransada səfərdədir.