Ermənistan bayrağı fransızların qəlbindədir.
Axar.az xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini sosial şəbəkə səhifəsində yazıb.
“15 iyun tarixində Zəfər tağında (Paris) hərbi mərasim keçirilib. Parisin mərkəzində Ermənistan bayrağı Fransa bayrağı ilə yanaşı idi. Ermənistan bayrağı fransızların qəlbindədir”, - deyə səfir bildirib.