Ukraynadakı münaqişənin həlli ilə təkcə Kiyev deyil, dünyanın qalan hissəsi də məşğul olmalıdır.
Axar.az xəbər verir ki, bunu Filippin Prezidenti Ferdinand Markos bu ölkədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
“Biz ölkənizdə sülhün əldə olunması, döyüş əməliyyatlarının dayandırılması və siyasi həllin təşviqi üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - Markos bildirib.