Rusiyanın Kalininqrad şəhərində 33 nəfər sağlam qidaların çatdırılması ilə məşğul şirkətinin məhsullarından istifadə etdikdən sonra bağırsaq infeksiyasına yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Kalininqrad vilayəti üzrə şöbəsi məlumat yayıb.
“Fərdi sahibkar öz fəaliyyətini “Rospotrebnadzor”a xəbər vermədən həyata keçirib, məhsulların istehsalı antisanitar şəraitdə həyata keçirilib. Artıq faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda qeyd olunub.