Rusiya raketlərini vurmaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemini müttəfiqləri ilə sinxronlaşdırmaq çox çətin texniki məsələdir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.
"Müttəfiqlərimizin Ukrayna ərazisində Rusiya raketlərini vurması ehtimalına gəlincə, mən bu mövzuda optimist deyiləm. Ukrayna NATO-ya daxil olmasa, belə bir ssenarinin reallaşması üçün heç bir perspektiv görmürəm", - ekspert vurğulayıb.
O bildirib ki, problemlərdən biri Alyansın üzvü olmayan Ukrayna ərazisi üzərində raketin vurulmasına hüquqi cəhətdən necə haqq qazandırmaq, onu NATO-nun onsuz da bürokratik və arxaik olan 5-ci maddəsinə necə inteqrasiya etməkdir.