Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin rəhbəri Mahmud Abbas arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, söhbət zamanı Ərdoğan İsrailin Əqsa məscidinə yönəlik hücumlarını kəskin qınadığını, müqəddəs məkanın statusu və mənəviyyatına yönəlik istənilən hücumların qarşısında duracaqlarını bildirib.
“Türkiyə daim Fələstinin yanındadır”, - deyə Ərdoğan bildirib.