Vladimir Zelenski qoşunları Donbasdan çıxarmalı, Krımın tanınması, bloka qoşulmamaq statusu və denasifikasiya ilə bağlı öhdəlikləri müəyyənləşdirməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Əgər Zelenski Ukrayna vətəndaşlarını düşünürsə, dərhal müəyyən qərarlar verməlidir. Birinci, “donetsk və luqansk xalq respublikaları”nın ərazisindən qoşunlar çıxarılsın. İkinci, razılaşma əsasında Krımın tanınması, Ukraynanın bloka daxil olmamaq statusu, eləcə də ölkənin denasifikasiyası və demilitarizasiyasına başlanılsın”, - Volodin bildirib.