İranda ötən sutka ərzində 1 895 nəfər koronavirusa (COVID-19) yoluxub, 29 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 140 829 nəfərə, yoluxanların sayı isə 7 206 959 nəfərə çatıb. Virus daşıyıcılarından 1 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 945 844 nəfər koronavirusdan sağalıb, 50,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 148 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,7 milyon təşkil edir.