Qondarma Dnestryanının silahlı birləşmələri Rusiya təcavüzünə qoşulmağa hazır deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Sizinlə müzakirə etmişdik ki, orada təyyarələrin qəbuluna hazırlıq əlamətləri var. Məlumata görə, Rusiya FTX qondarma qurumun silahlı birləşmələrinin döyüş hazırlığını yoxlayıb. Məlum olub ki, onlar Rusiyanın təcavüzkar addımlarında iştirak etməyə hazır deyillər”, - Malyar bildirib.