Çox güman ki, toplanmış sübutlar ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynadakı cinayətlərinin soyqırım olması ilə bağlı sözlərini təsdiq edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“Baydenin bəyanatı ürəkdən deyilib, amma ABŞ hökumətinin Ukraynadakı hadisələri soyqırım kimi tanıması üçün çox vaxt lazım olacaq. Mən inanıram ki, Prezident Baydenin dediyi sözlər sonda sübutlarla dəstəklənəcək. Axı orada baş verənlər təsadüf deyil. Bu, Rusiya və onun qüvvələrinin Ukraynanı və onun mülki əhalisini məhv etmək üçün düşünülmüş qərarıdır”, - Nuland bildirib.