2012-ci il Yay Olimpiya Oyunlarına həsr olunmuş "Xoşbəxt və şanlı" qısametrajlı filmindəki Böyük Britaniya kraliçası II Yelizavetanın səhnələri barədə illər sonra maraqlı faktlar üzə çıxıb. Kraliçanın filmdə dublyoru ilə birgə özünün də rol aldığı məlum olub.
Kult.az xəbər verir ki, bu həqiqət filmin 10 illiyi ilə əlaqədar keçirilən tədbirdə elan edilib.
Məlum olub ki, kraliça bu vəziyyəti hətta ailəsindən də gizli saxlayıb.
Filmdə Bukingem sarayında “Ceyms Bond” rolunu oynayan Daniel Kreyqi qarşılama səhnəsini doğrudan da II Yelizaveta özü canlandırıb. Səhnədəki "Axşamınız xeyir, cənab Bond" sözlərini də Yelizaveta deyib.
Bildirilib ki, həmin vaxt ən çətin məqam bu vəziyyəti Britaniyanın Nazirlər Kabinetindən gizlətmək olub. Çünki NK təhlükəsizlik səbəbi ilə kraliçanın filmdə oynamasına izacə verməyəcəkdi.
Qeyd edək ki, kraliçanın Ceyms Bondla birlikdə helikopterdən enməsi səhnəsini isə dublyoru canlandırıb.