Slovakiya Kiyevə S-300 hava hücumundan müdafiə sistemi göndərib.
Axar.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Eduard Heger Tvitter hesabında yazıb.
"Ukrayna xalqı həm öz ölkəsinin, həm də bizim suverenliyimizi cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan tələfatına biganə qalmamaq, kömək etmək bizim borcumuzdur", - E.Heger bildirib.