ABŞ Rusiyanın almaz hasilatı şirkəti “Alrosa” və Birləşmiş Gəmiqayırma Korporasiyasının 28 törəmə müəssisəsinə sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bununla da Rusiyada almaz istehsalının 90%-nə cavabdeh olan dünyanın ən böyük almaz hasilatı şirkəti” Alrosa” bloklayıcı sanksiyalara məruz qalıb.
“Şirkətin direktorlar şurasının səkkiz üzvünə və onun 28 törəmə müəssisəsinə də sanksiyalar tətbiq edilib. Sanksiyaya məruz qalan direktorlar şurasının 8 üzvü arasında şurasının sədri Georgi Poltavçenko və onun baş direktoru Aleksey Raxmanov da var”, - məlumatda qeyd bildirilib.