Ukrayna Rusiyanın ölkəni ələ keçirmək planlarını pozdu, lakin müharibə bitməkdən çox uzaqdır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Baş naziri Denis Şmıqal deyib.
"Əminliklə deyə bilərik ki, azadlıq müharibəmizin növbəti mərhələsi Ukraynanın qələbəsi ilə başa çatdı. Düşmənin planları pozuldu. Rusiya terrorçularının qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərindən çıxarılıb. Ancaq müharibə bitməkdən çox uzaqdır. Düşmən şərqdə və cənubda torpaqlarımızı ələ keçirmək cəhdlərindən əl çəkmir. O, bütün ölkə ərazisinə raket zərbələri endirməkdə davam edir", - Şmıqal qeyd edib.