Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri Rusiya-Ukrayna münaqişəsinin həllində göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın icraiyyə komitəsinin üzvü Sunay Karamak bildirib.
"Prezidentimizin Nobel Sülh Mükafatına ehtiyacı yoxdur, lakin bir vaxtlar ABŞ-ın keçmiş prezidenti Barak Obama bu mükafata layiq görülübsə, Ərdoğanın Ukraynada sülhü təmin etmək üçün göstərdiyi səylərə görə prezidentimizə Nobel mükafatı verilməlidir", - deyə S.Karamak vurğulayıb.
Təşəbbüsü ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da dəstəkləyib:
"Əslində heç nə etməyən Obama yalnız Fələstin probleminin həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına layiq görülüb. Bununla belə, prezidentimiz daha çox iş görüb, ona görə də o, Nobelə layiqdir".