Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada erməni həmkarı Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, - o bildirib.